Yerevanda Avrasiya İqtisadi İttifaqına qarşı aksiya keçirildi

1 Oktyabr 2019 23:02

Yerevanın mərkəzində Avrasiya İqtisadi İttifaqı sammitinin reallaşmasına və Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərinə etiraz olaraq aksiya keçirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, aksiyanın təşəbbüskarı Ermənistanın rəsmi dövlət qeydiyyatı olmayan Avropa Partiyasıdır. Bu təşkilat Ermənistanın NATO-ya üzvlüyünün tərəfdarıdır.

Bir müddət sonra Rusiyanın Yerevandakı səfirliyi qarşısında da Rusiya və Avrasiya İqtisadi İttifaqı tərəfdarlarının aksiyası keçirilib.

Milli.Az