Rəşad Sadıqov klubları milliyə qurban vermək istəyir
14 Aprel 2010 13:41
"Son oyunda baş məşqçi bizdən çox narazı qaldı. Lüksemburqla oyun göstərdi ki, fiziki hazırlığımız qaydasında deyil. Bu da Berti Foqtsu narahat edir".
Fanat.az xəbər verir ki, bu sözləri millinin üzvü Rəşad Sadıqov deyib.
Millinin kapitanı bildirib ki, yeri gələndə klubları yığmaya qurban vermək olar: "Üç-dörd günlük toplanış klublara ciddi təsir etməz. Amma fiziki cəhətdən özümüzü yaxşılaşdırmalıyıq. Ona görə bu toplanışa ehtiyacımız var".
/Fanat.az/