Azarkeşlər xanım jurnalistə: "Sinəni göstər!" - VİDEO - FOTO

1 Oktyabr 2019 17:17

İtaliya A Seriyasının 6-cı turunda keçirilən "Napoli" - "Breşiya" (2:1) oyunundan öncə maraqlı anlar yaşanıb.

Milli.Az xəbər verir ki, oyuna gələn DAZN kanalının xanım müxbiri Diletta Leotta yerli fanatların böyük marağına səbəb olub. İki minə yaxın azarkeş "Sinəni aç, Diletta!" şüarı səsləndirib. Xanım jurnalist jestlə bunu etməyəcəyini bildirib.

İtaliyalı jurnalist bununla bağlı açıqlama verib: "Futbolu çox sevirəm. Azarkeşlərlə yaxşı münasibətim var. Məni görəndə şəkil çəkdirmək istəyirlər. "Napoli" - "Breşiya" matçında baş verənlər isə ilk dəfə deyildi. Belə şeyləri anlayışla qəbul edirəm".

Məşhur jurnalistin "Instagram"da 4,5 milyon izləyicisi var.

Elçin
Milli.Az