Kartof piroqunun hazırlanması - Usta öz sirlərini açır - VİDEO

1 Oktyabr 2019 19:44

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "BİS-DUS Babayeva Babayeva" adı ilə məşhur olan səhifəyə istinadla kartof piroqu resepti ilə tanış edəcəyik.

Tərkibi:

1 kq kartof, 0,5 kq çəkilmiş ət, 2 orta boy soğan, ½ st süd, 100 qr yağ, 250 qr holland pendiri, duz, istiot

Hazırlanma qaydası:

Soğanı və kartofu soyub doğrayırıq. Sonra kartofları suya əlavə edib, bir az duz tökürük və bişiririk. Sonra digər tavaya bitki yağı töküb, soğanı və əti əlavə edib bir yerdə bişiririk. Daha sonra kartofu əzib içinə yağ, süd və istiot tökürük. Pendiri sürtgəcdən keçirib piroqu hazırlayırıq. Piroqu hazırlayacağımız qaba kartofun bir hissəsini yayırıq. Sonra əti, üzərinə pendiri və qalan kartofu yayırıq. Sonuncu qata da pendir əlavə edib qoyuruq sobaya. Bişdikdən sonra süfrəyə veririk.

Nuş olsun!

Milli.Az