Roza Otunbayeva: “Kurmanbek Bakiyev məhkəmə qarşısında dayanmalıdır”

14 Aprel 2010 14:18
Onun sözlərinə görə, Bişkekdə baş verən qarşıdurmalar zamanı 87 nəfərin ölümünə görə məsuliyyəti Kurmanbek Bakiyev daşıyır: "O, buna görə cavab verməlidir".

Roza Otunbayeva ABŞ dövlət katibinin müavini Robert Bleyklə görüşündən sonra bildirib ki, əgər Kurmanbek Bakiyev həbs edilsə, məhkəmə qarşısında dayanmalı olacaq: "Onun gizlənmək imkanı olub. Lakin Bakiyev bu imkandan istifadə etməyib".

Milli.Az