Şaftalı piroqunun hazırlanması - Usta öz sirlərini açır - VİDEO

30 Sentyabr 2019 22:49

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "BİS-DUS Babayeva Babayeva" adı ilə məşhur olan səhifəyə istinadla şaftalı piroqunun resepti ilə tanış edəcəyik.

Tərkibi:

3 st un, 200 qr yağ, 1 yumurtanın sarısı, ½ st şəkər tozu, vanilin, qabartma tozu

Üzəri üçün şaftalı, ½ st şəkər pudrası

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün unu və yağı qaba əlavə edib ovuruq. Umac düzəldib içərisinə şəkər tozunu, vanili və qabartma tozunu töküb qarışdırırıq. Sonra yumurtanın sarısını əlavə edib xəmiri hazırlayırıq. Daha sonra xəmiri 2 saat soyuducuda saxlayırıq. Sonra sobanın listinə əlavə edib, üzərinə şaftalıları düzürük və şəkər pudrasını töküb qoyuruq bişsin. Piroq hazır olduqda servis edirik.

Nuş olsun!

Milli.Az