Azad Rəhimov: "Heydər Əliyevin verdiyi düzgün qərar Azərbaycanda gənclər üçün yeni imkanlar açdı"

30 Sentyabr 2019 16:57

"Bütün çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində verdiyi çox düzgün qərar Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda müasir gənclər siyasəti 1994-cü ildə başlayıb.

A.Rəhimov əlavə edib ki, son 20 ildə bütün dünyada gənclər diqqət mərkəzindədir, dövlətlərin gənclər siyasəti isə ardıcıl yenilənmə prosesindədir: "Gənclər mürəkkəb proseslərdə iştirak edir, iqtisadi və sosial münasibətlərə daha erkən qoşulurlar. Gənclər yüksək "ötürücülük" potensialına malikdirlər. Bu səbəbdən dünyada qəbul edilən istənilən inkişaf proqramında gənclər ilə bağlı məqsədlər xüsusi vurğulanır".

Milli.Az