Nazir siqaret çəkdiyinə görə cərimələndi!

14 Aprel 2010 13:35
Milli.Az-ın "Gazeta-magazin"ə istinadən verdiyi xəbərə görə, cərimənion məbləği 100 kun (təxminən 15 avro) təşkil edib.

Nazir ötən gün Kandit (məclis) rəhbərliyi ilə görüşü zamanı otaqda siqaret çəkib. Qarşı binadan otağın pəncərələrini "hədəfə alan" paparatsilər isə bu səhnəni lentə köçürərək, dərhal mətbuat vasitəsi ilə bütün ölkəyə yayıblar.

"Qanunu pozduğuma görə, bütün Xorvatiya vətəndaşlarından üzr istəyirəm. İndən belə özümə nəzarət edərək, çalışacam ki, bu hal yenidən təkrarlanmasın"- deyə nazir jurnalistlərə açıqlamasında bildirib. Açıqlamadan dərhal sonra da polis müfəttişi Çobankoviçə cərimə qəbzi təqdim edib.

Görüşün təşkilatçısı, Kanditin rəhbəri də 60 avro məbləğində cərimə olunub.

Qeyd edək ki, ötən həftədən Xorvatiyada ictimai yerlərdə, iş obyektlərində siqaret çəkməyi qadağan edən qanun qüvvəyə minib.

Milli.Az