Kriştianu Ronaldu: "Bütün dualarım Türkiyə millisi üçün olacaq"
10 Noyabr 2011 09:24
Portuqaliya milli komandasının ulduzu Kriştianu Ronaldu Bosnia-Hersoqovina ilə keçirəcəkləri "play-off" matçı haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Ronaldu rəqiblərindən çəkinmədiklərini bildirib:
"Bosnia-Hersoqovina güclü komandadır. Ancaq biz onlardan qat-qat üstün futbol nümayiş etdiririk. Ona görə də rəqibdən çəkinmirik. Bu komandanı DÇ-2010-un "play-off" mərhələsində məğlub etmişdik. İnanıram ki, bu dəfə də belə olacaq".
"Real" (Madrid) klubunda parlaq oyunu ilə diqqət çəkən Ronaldu, eyni zamanda Türkiyə millisinə də uğurlar arzulayıb: "Xorvatiya ilə oyun, komanda yoldaşlarım Nuri Şahin və Həmid Altıntop üçün böyük əhəmiyyət kəsb edir.
Xorvatiya çox "dişli" komandadır. Ancaq mən Türkiyə millisinə güvənirəm. Bilirəm ki, Türkiyə tam bir futbol ölkəsidir. Ona görə də onların "play-off" mərhələsini uğurla keçmələrini arzulayıram. Bu məqsədlə də bütün dualarım Türkiyə millisi üçün olacaq".
Milli.Az