14 yaşlı qızlarının otağına girən valideynlər dəhşətə gəldilər - FOTO

30 Sentyabr 2019 11:52

Məktəbli mobil telefonla mahnıya qulaq asarkən ölüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 14 yaşlı qız cərəyan mənbəyinə qoşulu vəziyyətdə olan smartfonunun partlaması nəticəsində dünyasını dəyişib.

Dəhşətli hadisə Qazaxstanın Bastobe vilayətində baş verib. Yatağında uzanmış vəziyyətdə mahnıya qulaq asarkən telefonu partlayan Alua Asetkyzy Abzalbekin həyatını xilas etmək mümkün olmayıb.

O, gecə ölsə də, validenyləri qızlarının öldüyünü səhər saatlarında biliblər. 

Qeyd edək ki, partalayan smartfonun markası açıqlanmır, lakin, fotodan onun "iPhone" modeli olmadığı aydın görünür.

Bəxtiyar Umarlı
Milli.Az