Yunanıstanın bərə gəmisində yanğın - 538 sərnişin və 74 gəmi ekipajı təxliyə edilib

29 Sentyabr 2019 14:54

Yunanıstana məxsus "ANEK LAYNS" bərə gəmisində yanğın olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanğın gəminin qaraj bölməsində baş verib. Avtomatik yanğınsöndürən sistemi işə düşüb və yanğını söndürmək mümkün olub. Təhlükəsizlik baxımından gəmi öz istiqamətini İqumenitsa şəhəri istiqamətinə yönəldib və orada 538 sərnişin və 74 gəmi ekipajı təxliyə edilib. İki nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az