Naringi haqqında ağlasığmaz iddia

9 Noyabr 2011 15:29
Anspress-in məlumatına görə, Türkiyə tərəvəzçilər, meyvəçilər, səyyar satıcılar federasiyasının rəhbəri Mehmet Çakman bildirib ki, naringi ağacdan hələ yaşıl rəngdə olanda toplanır. İstehsalçıya çatdırılana kimi bəzi kimyəvi proseslərdən keçir.

Belə ki, naringi və portağal toplandıqdan sonra qapalı məkanda saxlanılır. Onların üzərinə "etilen qazı"' sıxılaraq saraldılırlar. Daha sonra isə meyvələrin dayanıqlıq və parlaqlığını təmin etmək üçün mumiyalanma prosesi həyata keçirilir.

Mehmet Çakman bildirib ki, əslində meyvələrdə diqqətli şəkildə istifadə edilən bu kimi dərmanlar insan sağlamlığına zərər verməyəcək səviyyədə olur. Ancaq zaman-zaman naringi və portağalın üzərində normadan artıq dərman qalıqları qalır.

Federasiya rəhbəri belə şeylərə məruz qalmayan meyvələrin çox rəğbət görmədiyini deyir. "Adətən, bu meyvələri alanda insanlar narıncı, sarı rəngdə olanlarına üstünlük verirlər. Ancaq naringi kimi meyvəni yaşıl rəngdə olarkən almaq məsləhətdir. Yaşıl meyvə daha təbii və sağlamdır. Adıçəkilən meyvənin öz rəngi onun prosesə məruz qalmadığını göstərir".

Milli.Az