İtkin düşənlər tapıldı
14 Aprel 2010 13:22
Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, martın 11-də Nəsimi rayonu, Sverdlov döngəsində yaşayan ruhi xəstə Mixayil Katukov, martın 24-də Əzizbəyov rayonu, Binə qəsəbə sakini Aynur Abışova, aprelin 9-da Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Əliyev küçəsində yaşayan ruhi xəstə Zülfüqar Nağıyev evdən gedib və geri qayıtmayıblar.
Aidiyyəti polis idarə və bölmələri əməkdaşlarının səyi nəticəsində hər üç şəxs evlərinə qaytarılaraq ailəsinə təhvil verilib.
Milli.Az