ABŞ-dan Rusiya vətəndaşlarına sanksiya - Aralarında erməni də var

27 Sentyabr 2019 18:34

ABŞ-ın "Sovfraxt" şirkətində çalışan daha 3 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, sanksiya tətbiq edilən  hərbçilər  Suriyadakı rusiyalı hərbçiləri üçün aviayanacaq daşıyıblar. Sanksiya ABŞ  Maliyyə nazirliyi tərəfindən tətbiq edilib.

Bununla yanaşı olaraq sanksiyanın təsir dairəsinə  logistik firma "Maritime Assistance" düşüb.  Sanksiyanın təsir dairəsinə  İvan Okorokov, İlya Loqinov, Karen Stepanyan düşüb. Bu şəxslərin hamısı Suriyadakı rusiyalı hərbçilərə aviayanacaq daşımaqda və bununla da Bəşər Əsəd rejimini dəstəkləməkdə təqsirli bilinirlər.

ABŞ Ədliyyə nazirliyi bu 3 şəxsə və bundan əlavə olaraq Aleksey Konkov və Lyudmila Şmelkobaya qarşı iddia qaldırıb. Bu şəxslər  Suriyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan yan keçərək, ABŞ Maliyyə Nazirliyinin razılığını almadan  dollarla  pul köçürmələri həyata keçirməkdə ittiham olunurlar .

Milli.Az