Müsavat Partiyasının icazəsiz aksiyası baş tutmadı
14 Aprel 2010 12:38
Partiyanın bir qrup üzvü Azərbaycan Dövlət Filarmoniyasından İcra Hakimiyyətinin binası qarşısına hərəkət etmək istəyib.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları isə aksiyanın baş tutmasına imkan verməyib və 10-a yaxın şəxsi saxlayıb. Saxlanılanlar Polis İdarəsinə aparılıb.
Xatırladaq ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirməklə əlaqədar BŞİH-nə müraciət etsə də, piketə icazə verilməmişdi.
ANS PRESS