Rusiyalı futbolçu "Monako"ya ilk qələbəni qazandırdı - VİDEO

25 Sentyabr 2019 13:37

Fransa 1-ci Liqasında 7-ci tura start verilib.

Milli.Az xəbər verir ki, "Monako" doğma meydanda "Nitsa"nı qəbul edib. Qarşılaşma "knyazlıq" təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Rusiya millisinin üzvü Aleksandr Qolovinin 2 qol 1 asist etdiyi matç "Monako"nun mövsümdə ilk qələbəsi olub.

"Monako" - "Nitsa" 3:1

Qollar: Aleksandr Qolovin, 29, 74, Vissam Ben Yedder, 80 - Patrik Bumer, 54

Milli.Az