AÇ-2020-nin seçmə mərhələsində Finlandiya və Yunanıstanla oyunlar üçün Bosniya və Herseqovina millisinin heyəti açıqlanıb.
Milli.Az xəbər verir ki, komandanın baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qolkiperi Asmir Beqoviçə dəvət yollamayıb. Xorvatiyalı mütəxəssis "Ərzurumspor"da çıxış edən "Qarabağ"ın sabiq üzvü İbrahim Şehiçi, "Maribor"dan Kenan Piriçi və "Hapoel"dən (Hayfa) Jasmin Buriçi yığmaya çağırıb.
Prosineçki daha öncə Beqoviçin "Qarabağ"da oynayacağı halda, milliyə dəvət alacağını demişdi. 32 yaşlı qolkiper Ağdam klubuna keçdikdən sonra üç oyun keçirib.
"Bornmut"a məxsus olan Beqoviçin "Qarabağ"la müqaviləsi ilin sonuna qədərdir.
Milli.Az