Yatmamışdan öncə duş qəbul etmək və ac yatmaq ziyandır - ALİMLƏRİN İZAHI

20 Oktyabr 2019 22:30

Əgər rahat və şirin yuxuya getmək istəyirsinizə, bunları etməyiniz vacibdir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, həkimlər yatmamışdan öncə duş qəbul etməyi, həmçinin tam ac qalmağı da məqbul  saymırlar.

Alimlərin fikrincə, bir çoxları imtahan öncəsi daha çox oxumaq və çalışmaq ziyanlıdır. Əgər imtahana gedəcəksinizsə, ondan öncə bir az yatıb, beyninizi dincəltməyiniz vacibdir. Çünki yatan zaman beyin dincəlir və hafizənizi gücləndirir. 

Ac yatmağın da yuxuya ziyanı var. Ac olmaq, rahat və şirin yuxuya getməyə imkan vermir. Odur ki, yatmazdan öncə yüngül yeməklərdən az da olsa, qəbul etmək məsləhət görülür. Xüsusən süd və süd məhsulları, ləpə, bəzi meyvələr yemək olar. Mədə ac qalan zaman insan rahat yata bilmir. Bunlar eyni zamanda yaxşı yuxugətirici qidalardır.

Mütəxəssislər axşamlar və yatmamışdan öncə  kafeinli içkilərdən uzaq durmağı məsləhət görür. 

Yuxudan öncə kitab oxumaq, telefonla oynamaq, televizora baxmaq, dərs çalışmaq da yuxuya pis təsir edən amillərdnədir.

Yatmazdan öncə duş qəbul etmək də yuxu üçün zərərlidir. Duşu ən azı yatmazdan iki saat öncə qəbul etmək lazımdır.

Milli.Az