Göygöldə 15 yaşlı qız itkin düşdü

24 Sentyabr 2019 09:00

Göygöl rayonunda azyaşlı qız itkin düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Şəhriyar kəndində baş verib.

Kənd sakini, 2004-cü il təvəllüdlü Atayeva Mehriban Bağman qızı sentyabrın 2-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az