Qus Hiddinq «Mançester Siti»dən niyə qorxub?
14 Aprel 2010 12:04
BBC-yə açıqlamasında o, Türkiyədən təklif aldığı zaman İngiltərənin "Mançester Siti" klubuna da dəvət olunduğunu söyləyib. "O zaman Türkiyə ilə yanaşı, bir neçə təklif var idi. "Siti" də onlar arasında idi. Bu, çoxlu pulu olan böyük klubdur. Ancaq "Çelsi"də qısa müddətə də olsa keçirdiyim gözəl günlərdən sonra bu təklifi qəbul etməyim mənə problemlər yarada bilərdi", - deyə hollandiyalı mütəxəssis bildirib.
Milli.Az