Ərzaq mağazasında partlayış - 9 yaralı

23 Sentyabr 2019 16:57

Avstriyanın Tirol federal torpağında ərzaq mağazasında partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Partlayışdan sonra mağazada yanğın başlayıb. Bir nəfərin yanan binada qaldığı deyilir. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Qeyd olunur ki, partlayış qaz sızması nəticəsində baş verib.

Milli.Az