Sükan arxasında sürücünün ürəyi dayandı

23 Sentyabr 2019 16:44

Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunda qeydə alınıb. 

Rayon sakini, 1980-ci il təvəllüdlü Əliyev Elçin Oqtay oğlu idarə etdiyi "VAZ 21010" markalı avtomobillə hərəkətdə olarkən, ürək tutmasından sükan arxasında ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az