Bakıda ər hamilə arvadını döyüb xəstəxanalıq etdi

23 Sentyabr 2019 16:19

Paytaxtda daha bir kişi ailə münaqişəsi zəminində hamilə arvadını döyüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, akademik H.Əliyev küçəsində qeydə alınıb. 

1991-ci il təvəllüdlü Qurban Qurbanov ailə münaqişəsi zəminində hamilə həyat yoldaşı, 1994-cü il təvəllüdlü Nərmin Xanməmmədovaya ağır xəsarət yetirib.

Qadın aldığı xəsarətlərlə təcili xəstəxanaya yerləşdirilib.

Faktla bağlı arşdırma aparılır.

Milli.Az