Azarkeşlərdən "Neftçi" rəhbərliyinə sərt ultimatum - "İstefa ərizənizi yazın"

23 Sentyabr 2019 16:14

"Forza Neftçi"nin azarkeş qrupu tribunaya qayıtdığını elan edib.

Milli.Az xəbər verir ki, bu haqda qrupun Feysbuk səhifəsindəki paylaşımda bildirilib.

"Sizə verilən 5 turluq müddətin sonuna gəldik, qayıdırıq! "Neftçi"dən çirkli əllərinizi çəkməyin zamanı çoxdan keçib. Hər cümləsində büdcədən danışan rəhbərlik özündən az büdcəli "Sabah"ı, "Zirə"ni, "Keşlə"ni uda bilmir. "Qəbələ" ilə oyuna qədər istefa ərizənizi yazın, yoxsa digər rəhbərliklər kimi sizi də biz istefaya göndərəcəyik", - paylaşımda bildirilib.

Xatırladaq ki, "Neftçi"nin son uğursuz çıxışlarından sonra "Forza Neftçi" komandanın oyunu tribunadan dəstəkləməyi müvəqqəti dayandırmışdı.

Milli.Az