Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

23 Sentyabr 2019 14:50

Bu həftəsonu Rusiyanın Xabarovsk şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku baş tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, kubokun tamblinq üzrə yarışlarında yeganə təmsilçimiz Mixail Malkin ən yüksək göstəricini əldə edib.

Belə ki, M.Malkin bütün rəqiblərini geridə qoyaraq, 76.300 xalla qızıl medala sahiblənib.

Milli.Az