Lemparddan antirekord

23 Sentyabr 2019 15:37

"Çelsi" İngiltərə Premyer Liqasının 6-cı turunda öz meydanında "Liverpul"a məğlub olub - 1:2.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, sözügedən qarşılaşma "zadəganlar"ın baş məşqçisi Frenk Lempard üçün antirekordla yadda qalıb.

Belə ki, Lempard "Çelsi" ilə artıq 4 ev oyunudur ki, qalib gələ bilmir. Bu, "Çelsi"də debüt edən baş məşqçilər arasında son 31 ilin ən pis göstəricisidir.

Bundan əvvəl 1988-ci ildə "Çelsi"nin baş məşqçisi Bobbi Kempell çempionatın startında ilk 4 ev oyununda qalib gələ bilməmişdi.

"Çelsi" Premyer Liqada 6 turdan sonra 8 xalla 11-ci sırada qərarlaşıb.

Milli.Az