Əlil arabasında FOTOsu yayılan xalq artisti danışdı: Liftlə qalxanda ayağım ilişdi

23 Sentyabr 2019 12:32

Xalq artisti Canəli Əkbərovun bir tədbirə əlil arabasında qatıldığını əks etdirən görüntülər qısa zamanda ölkə mediasında sürətlə yayıldı.

Milli.Az xəbər verir ki, xalq artisti artıq yeriyə bilmədiyi barədə dolaşan iddialara "Hər şey daxil" vasitəsi ilə son qoyub.

Xanəndə hər şeyin qaydasında olduğunu bildirib:

"Əslində, mən hamıdan qıvrağam, əslində mən hamıdan çevikəm. Mənim heç bir problemim yoxdur. Sadəcə, liftlə qalxanda ayağım ilişdi, topuqda bir balaca ağrı əmələ gəldi. Oğlum mənə araba gətirdi. Bilmədim çəkirlər. Heç nə yoxdur!" 

Xatırladaq ki, bir neçə ay öncə halı pisləşən xalq artistinə həkimlər ürək insultu diaqnozu qoyub.

Təhməz Təkin
Milli.Az