“Qalatasaray”la oyunöncəsi “Fənərbağça”da ciddi itki

23 Sentyabr 2019 11:00

"Fənərbağça" klubu ciddi itki ilə üzləşib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Qari Rodriqes zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Super Liqanın 5-ci turunun "Ankaragücü" ilə matçında (2:1) zədələnən 28 yaşlı cinah oyunçusunun 15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Rodriqes "Fənərbağça"nın Super Liqanın növbəti turunda səfərdə "Qalatasaray"la qarşılaşacağı oyunda iştirak etməyəcəyi gözlənilir.

"Qalatasaray" - "Fənərbağça" matçı sentyabrın 28-də keçiriləcək.

Milli.Az