Azərbaycanda qadın ona hücum edən çaqqalı boğaraq öldürdü

23 Sentyabr 2019 10:46

Salyan rayonu 20 Yanvar küçəsində yaşayan 67 yaşlı Gülzar Məmmədova öz həyətində çaqqalın hücumuna məruz qalıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, rayon sakininin sözlərinə görə, həytədə iş görən zaman toyuq hinindən səs eşidib və oraya daxil olarkən ev quşlarına hücum edən çaqqalı görüb.

Yırtıcı heyvan Gülzar Məmmədovaya hücum edərək ona əlindən xəsarət yetirib.

Qadın çaqqalı boğaraq öldürüb və ardınca Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Gülzar Məmmədovaya quduzluq əleyhinə vaksin vurulub və o, ambulator müalicəyə buraxılıb.

Gülzar Məmmədova bildirib ki, bu, çaqqalların təsərrüfatlara ilk hücumu deyil.

Əvvəllər də vəhşi heyvanlar həyətlərə girərək xeyli toyuğu parçalayıb.

Milli.Az