"Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi - VİDEO - FOTO

23 Sentyabr 2019 10:33

İngiltərə Premyer Liqasında VI turun görüşləri keçirilib.

Milli.Az xəbər verir ki, lider "Liverpul" səfərdə "Çelsi"yə 2:1 hesabı ilə qalib gəlib.

"Liverpul" 18 xalla 1-ci, "Mançester Siti" 13 xalla 2-cidir. 8 xalı olan "Çelsi" 11-ci sırada qərarlaşıb.

"Çelsi" - "Liverpul" - 1:2

Qollar: Nqolo Kante, 71 - Trent-Aleksander Arnold, 14, Robert Firmino, 30

Milli.Az