Milyonluq maşınla dükana girib “Sony PlayStation” oğurladılar - VİDEO

23 Sentyabr 2019 10:01

Yunanıstanda cinayətkarlar qaçırdıqları, dəyəri milyonlarla qiymətləndirilən klassik avtomobildən istifadə edərək dükanı soyublar.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident sentyabrın 19-da gecə saatlarında paytaxt Afinada qeydə alınıb.

Məlumata görə, bir və ya bir neçə şəxs qaçırdıqları 1967-ci il istehsalı olan "Ford Mustang Fastback" markalı avtomobillə, oğurluq məqsədilə girmək istədikləri elektron mağazasının vitrinindən içəri daxil olublar. Cinayətkarlar oradan yalnız 3 ədəd "Sony PlayStation" oyun qurğusu oğurlayıblar.

Yerli telekanallardan birinin əməkdaşları hadisə yerində çəkiliş apararaq görüntülər yayımlayıblar.

Kadrlarda toqquşmadan sonra "Mustang"ın ön, arxa pəncərələrindən və kapotundan məhrum olduğu görülür. Bundan əlavə avtomobilin damı da xeyli zədələnib.

Bildirilir ki, ümumilikdə "Mustang"a 5 min avro zərər dəyib.

Milli.Az