Alitalia tətil edəcək

23 Sentyabr 2019 09:05

İtaliyada uçuş cədvəli bazar ertəsi Alitalia işçilərinin tətillərinə görə ciddi şəkildə dəyişdirilə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Twitter-dəki hesabında yayımlanan mesajda deyilir.

Qeyd edək ki, İtaliya hava yolları Alitalia işçilərinin milli tətili sentyabrın 23-də yerli vaxtla 10:00-dan 14:00-dək keçiriləcək. Oxşar aksiyanın oktyabrın 9-da keçirilməsi planlaşdırılır. Uçuş cədvəlində ciddi dəyişikliklər gözlənilir.

Milli.Az