Lavrov və Pompeo BMT-nin qərargahında görüşəcəklər

23 Sentyabr 2019 08:33

ABŞ dövlət katibi Maykl Pompeo ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş gələn cümə günü üçün planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bazar günü ABŞ dövlət departamentinin yüksək səviyyəli nümayəndəsi BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Nyu-Yorkdakı Pompeo görüşləri ilə bağlı brifinq keçirərək açıqlayıb.

O bildiribki: "Lavrovla görüş cümə günü saat 10:30-da BMT-nin qərargahında planlaşdırılıb. Görüşün gündəliyini daha sonra elan edəcəyini söyləyib".

Milli.Az