Moskvada yaxta aşdı, xəsarət alanlar var

22 Sentyabr 2019 23:25

Güclü külək səbəbindən Moskva çayında içərisində insanlar olan yaxta aşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə 3-ü qadın, 2-si kişi olmaqla 5 nəfər yüngül xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, yaxta özü "Küləyin gücü" klubuna məxsus olub. Sinoptiklərin hava xəbərdarlığına baxmayaraq yaxta çaya açılıb.

Milli.Az