"Qalatasaray" son dəqiqələrdə... - FOTO

22 Sentyabr 2019 22:44

Türkiyə Super Liqasının 5-ci həftəsində "Qalatasaray" "Yeni Malatyaspor"un qonağı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qalatasaray"ın rəqibi ilə oyunu 1:1 hesabı ilə sona çatıb. Sarı-qırmızıların yeganə qolunu matçın 23-cü dəqiqəsində  Jan-Mişel Seri, "Yeni Malatyaspor"da isə 89-cu dəqiqədə Qilyerme vurub.

"Qalatasaray" növbəti həftə "Fənərbağça" ilə, "Yeni Malatyaspor" isə "Antalyaspor"la qarşılaşacaq.

Milli.Az