"Neftçi" yaxşı komandadı. Hər iki komanda qələbəyə oynayırdı. Qalib gəlmək üçün çalışdıq, ancaq alınmadı. Nəticə bizi qane edir". Milli.Az matc.az-a istinadən bildirir ki, bunu "Keşlə"nin futbolçu Con Kamara Premyer Liqanın V turunda "Neftçi" ilə səfərdə qolsuz heç-heçədən sonra deyib.
Syerra-Leonedən olan yarımmüdafiəçinin sözlərinə görə, bir xal qazandıqları üçün məmnundular: "Neftçi" azlıqda olsa da, qol vura bilərdi. Əsas odur ki, bu gün güclü rəqiblə səfər oyununda xal qazandıq".
Milli.Az