Vurğun Əyyub komaya düşdü

22 Sentyabr 2019 21:15

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub komaya düşüb.

Milli.Az "bakupost"a istinadən xəbər verir ki, Vurğun Əyyubun vəziyyəti bu gün ağırlaşıb. Hazırda evində həkim nəzarətində olan Vurğun Əyyub uzun müddət idi, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Milli.Az