Qapıçıdan inanılmaz qurtarış - VİDEO

22 Sentyabr 2019 17:11

Misir çempionatında keçirilən "Piramids" - ENPPİ matçında maraqlı anlar yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində qonaqların qapıçısı Mahmud Qad fantastik seyvlə yadda qalıb.

O, əvvəlcə cərimə meydançasından kənarda topu başı ilə uzaqlaşdırıb. Sonra "Piramids"in futbolçusu mərkəz yaxınlığından topu boş qapıya göndərib. Amma Mahmud Qad sürətlə cərimə meydançasına qayıdaraq topun qapıdan keçməsinə imkan verməyib.

Qeyd edək ki, oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az