Ağac aşdı, 120 abonent qazsız qaldı - FOTO

22 Sentyabr 2019 12:47

Güclü külək nəticəsində Qaradağ rayonunun Qobustan qəsəbəsində 9 saylı 2 mərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. 

"Azəriqaz"dan Milli.Az-a verilən məlumata görə, aşan ağac diametri 108 mm olan aşağı təzyiqli qaz xəttini zədələyib.

Qəza nəticəsində 120 abonent qazsız qalıb. 

Milli.Az