ABŞ-dan İrana şok: "Birini də biz vuraq, səs çıxartmayın!"

22 Sentyabr 2019 10:09

ABŞ bizə "Biz də bir nöqtəyə vuraq və siz buna səs çıxartmayın. İş bu şəkildə bağlansın" mesajı göndərib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İran Silahlı Qüvvələrinin komandanı general-mayor Əbdürrəhim Musəvi bildirib.

Musəvi ABŞ-ın sözügedən mesajına Tehranın bu şəkildə cavab verdiyini qeyd edib: "Əgər birini vursanız, 10-unu yeyərsiniz".

Musəvi vurğulayıb ki, müharibəyə başlamaq ABŞ-ın əlindədir, ancaq savaşa son nöqtəni İran qoyacaq.

Qeyd edək ki, "Saudi Aramko"nun iki zavoduna edilən hücumla bağlı ABŞ ilk gündən İranı ittiham etsə də, rəsmi Tehran bu ittihamları rədd edir.

Milli.Az