İndoneziya sahillərində güclü zəlzələ

22 Sentyabr 2019 09:30

İndoneziyanın Yamden adasının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji ximdəti bildirib.

Yeraltı təkanların episentri Saumlaki kəndindən 186 km şimal-qərbdə, ocağı isə 48,5 kilometr dərinlikdə yerləşib.

Dağıntı, xəsarət alan və sunami təhlükəsi barədə məlumat verilməyib.

Milli.Az