Antalyada rusiyalı turistləri daşıyan avtobus aşıb

21 Sentyabr 2019 22:29

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına daşıyan avtobusun aşması nəticəsində 15 turist xəsarət alıb. Onlardan 7-si xəstəxanaya getməkdən imtina edərək hava limanına yollanıb. Digər yaralıların isə müayinə olunduqdan sonra hava limanına yola salınacaqları bildirilir.

Milli.Az