ABŞ-da gecə klubunda açılan atəş nəticəsində iki nəfər ölüb

21 Sentyabr 2019 21:04

ABŞ-ın Lankaster dairəsində (Cənubi Karolina ştatı) naməlum şəxslərin gecə klubunda odlu silahdan açdıqları atəş nəticəsində iki nəfər həlak olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fox News telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, hadisə Old Skool Sports Bar & Grill gecə klubunda baş verib. "İki nəfər həyatını itirib, daha çox sayda insan ciddi yara alıb", - deyə dairənin şerifi Barri Feil bildirib.

Telekanal qeyd edir ki, söhbət azı səkkiz yaralıdan gedir. Hələlik dəqiq rəqəmlər məlum deyil.

Yaralılar xəstəxanaya yerləşdirilib. Polis təhqiqata başlayıb, atəş açanlar axtarılır.

Milli.Az