İranda sərnişin təyyarəsi təcili eniş edib

21 Sentyabr 2019 20:34

İranın Rəzəvi Xorasan ostanında Şiraz-Məşhəd sərnişin təyyarəsi Məşhəd aeroportunda təcili eniş edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təyyarənin pilotu Məşhəd aeroportuna təyyarənin ön təkərinin açılmadığını elan edib.

Pilot enişdən öncə aşağı hündürlükdə uçaraq yenidən təkərlərin açılmasına cəhd edib. Təkərlər açılıb və təyyarə heç bir problem olmadan eniş edib.

Sərnişinlər və təyyarənin ekipajından xəsarət alan olmayıb.

Milli.Az