Bakıda "KamAz" 54 yaşlı piyadanı vurub öldürdü

21 Sentyabr 2019 20:22

Bakıda yük maşını piyadanı vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu, Z. Bünyadov prospektində baş verib.

Bakı şəhər sakini, Məmmədov Nazim Salman oğlu idarə etdiyi "KamAz" markalı qoşqulu yük avtomobili ilə yolun qadağan olunmuş hissəsindən keçən piyada, 1965-ci il təvəllüdlü Yelşeviç Yuriy Aleksandroviçi vurub.

3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılan piyada orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az