Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

21 Sentyabr 2019 14:45

Prezident İlham Əliyev Xələf Xələfovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Xələf Alı oğlu Xələfov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Milli.Az