"Liverpul"un zədəlisi qayıtdı

21 Sentyabr 2019 17:37

"Liverpul"un zədəli futbolçusu Nabi Keyta sağalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq komanda ilə birgə məşqlərə başlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Keyta, "Liverpul"un avqustun 14-də UEFA superkuboku çərçivəsində "Çelsi" ilə qarşılaşdığı oyunda zədələnmişdi.

Qeyd edək ki, "Liverpul" "Çelsi"ni əsas vaxtı 2:2 hesabıyla bitən matçın penalti vuruşlarında 5:4 hesabıyla məğlub etmişdi.

Milli.Az