Bakıda güclü külək kitabxananın şüşəsini sındırdı - FOTO

21 Sentyabr 2019 17:18

Səhər saatlarından paytaxtda hökm sürən küləkli hava şəraiti bəzi fəsadlara səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, külək metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən Mərkəzi Elmi Kitabxananın şüşəsini sındırıb.

Sınan şüşə yerə düşərək parçalanıb. Xoşbəxtlikdən hadisə vaxtı ərazidə heç kim olmayıb.

Milli.Az