Zidanın yerinə üç namizəd

21 Sentyabr 2019 14:54

"Real"ın baş məşqçisi Zinəddin Zidan postunu tərk edə bilər.

Milli.Az xəbər verir ki, "Kral klubu"nun rəhbərliyi 47 yaşlı mütəxəssisin yerinə 3 namizədi nəzərdən keçirir.

Bunlar italiyalı Massimiliano Alleqri, portuqaliyalı Joze Mourinyo və komandanın sabiq kapitanı ispaniyalı Raul Qonsalesdi.

Zinəddin Zidanın Fransada PSJ-yə uduzduqları (0:3) Çempionlar Liqasının qrup mərhələsinin I tur matçına görə komandadan göndəriləcəyi bildirilir.

Milli.Az