Nazirlik: Yüngül çəkili plastik torbaların ödənişli satışı ilə bağlı təkliflər razılaşdırma mərhələsindədir

21 Sentyabr 2019 12:44

"Yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiqi ilə bağli Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış təkliflər razılaşdırma mərhələsindədir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

Onun sözlərinə görə, çox yüngül (pinqvin) torbaların ölkə ərazisində dövriyyəsinin qadağan olunması artıq razılaşdırma mərhələsini keçib: "Belə polietilen torbaların əvəzinə bazara alternativ məhsullar, ətraf mühit üçün zərərli olmayan kağız, parça torbalar çıxarılmalıdır".

Milli.Az